Mersedes-Benz yeni brend altında elektromobil istehsalına başlayacaq

Sabahinfo.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Almaniyanın məşhur Mersedes-Benz firması yeni brend altında 4 növ elektromobil istehsalını planlaşdırır.

Yeni elektromobillər 2 növ sedan və 2 növ yolsuzluq avtomobili modellərində olacaq.

İlk avtomobil Bremende şəhərində bu onillikdə konveyerdən çıxacaq. Konsept artıq sentyabr ayında Parisdə avtomobil salonunda təqdim olunacaq.

Hazırda Tesla firmasının elektromobillərinin böyük populyarlıq qazanması bütün avtomobil şirkətlərini bunun üzərində düşünməyə məcbur edir.