Metroda iki qatar toqquşdu: - 10 yaralı

Macarıstanın paytaxtı Budapeştdə iki metro qatarı toqquşub.

 

APA-nın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, incident nəticəsində 10 nəfər xəsarət alıb.

 

Qatarlardan biri hələlik məlum olmayan səbəblərdən o biri ilə toqquşub. Budapeşt metropoliteninin ikinci xəttində qatarların hərəkəti dayandırılıb. Hadisənin səbəbi müəyyənləşdirilir.