Milli Şura Bakıda icazəli mitinq keçirib - YENİLƏNİB

Bu günMilli ŞuraBakıdakı"Məhsul" stadionunda icazəli etiraz aksiyası keçirib.

Modern.azxəbər verir ki, əraziyə polisəməkdaşları da cəlb edilib.

Mitinqə toplaşanlardan bəziləri sinəsində Milli Şuranın siyasi məhbus adlandırdığı şəxslərin şəkilləri olan köynəklər geyib, əllərində onların rəsmlərini tutublar.

Aksiyaya gözlənildiyindən xeyli az adam toplaşıb. Mitinqdə Milli Şura sədri Cəmil Həsənli, AXCP lideri Əli Kərimli çıxış edib.