Minsk qrupunda yeni amerikalı həmsədr kim olacaq?

ATƏT-in Minsk qrupunun müvəqqəti amerikalı həmsədrinin adı yaxın vaxtlarda məlum olacaq.

Bu barədə APA-ya ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin ofisindən məlumat verilib.   Ceyms Uorlikin həmsədrlikdən istefa verdiyini də ofisdən rəsmən təsdiqləyiblər.    Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu postu dekabrın 31-də tərk edəcək.