Moskvanın “Şeremetyevo” hava limanında iki təyyarə toqquşub

Moskvanın "Şeremetyevo” hava limanında "Aeroflot” aviaşirkətinə məxsus "A 321” tipli iki təyyarə toqquşub.  

 

APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, yedəyə alınan təyyarənin qanadı perronda dayanmış digər təyyarənin qanadı ilə toqquşub.    

 

 Məlumata görə, təyyarələrdə qəza zamanı heç kim olmayıb.

 

Qəzanın səbəbləri araşdırılır.