Mosul ətrafında vacib döyüş

İraq hərbçiləri Mosuldan 15 km aralıda yerləşən Hamam al-Alil qəsəbəsini atəşə tutmağa başlayıblar.
 
Hücum 3 istiqamətdə qurulub. Yerüstü əməliyyatları vertolyotlar dəstəkləyir.
 
"Bu döyüş olduqca vacibdir. Bu, Mosul qarşısındakı son şəhərdir”-, deyə İraq ordusunun general-mayoru Nadjim al-Caburi bildirib.
 
Mosul əməliyyatına başçılıq edən generalın sözlərinə görə, hərbçilərin məqsədi İŞİD-in qəsəbədəki son dayaqlarını yox etməkdir. Al-Caburi əlavə edib ki, terrorçuların sayı 70-dən çox deyil, onlar gizlənməyə belə yer tapmırlar, sadəcə olaraq istiqamət dəyişərək izi itirməyə çalışırlar.
 
Xatırladaq ki, Mosul əməliyyatı oktyabrın 17-dən başlayıb.