Mosulda əməliyyatlar müvəqqəti dayandırılıb

İraq Ordusu Mosulda İŞİD radikal qruplaşmasına qarşı əməliyyatları müvəqqəti dayandırmağa məcbur olub. sabahinfo.az saytı xarici mediaya istinadən xəbər verir ki, əməliyyatlar əlverişsiz hava şəraiti ilə bağlı dayandırılıb.

 

İraq Ordusundan verilən məlumata görə, əlverişsiz hava şəraiti havadan hücum əməliyyatları yerinə yetirən hərbi təyyarlərə görüntüdə məhdudiyyət yaradır.

 

Hazırda İraq Ordusu hissələri əməliyyatları müvəqqəti dayandıraraq şəhərin şərqində daha öncə terror qruplaşmasından azad edilmiş mövqelərin müdafiəsini həyata keçirir.