MTRŞ: “Ayın 10-da telekanal və radiostansiyaların yayımı dayandırılacaq”

Oktyabrın 10-da Azərbaycanın efir məkanında növbəti kompleks profilaktika aparılacaq.

 

Milli Televiziya və Radio Şurası (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov  Lent.az-a açıqlamasında bildirib ki,  profilaktika işləri hər il aparılır: "Kompleks profilaktika ilə əlaqədar bəzi telekanal və radiostansiyaların yayımı müvəqqəti dayandırılacaq. İşlər günorta saat 3-ə kimi davam edəcək, saat 15:00-dan sonra telekanal və radiostansiyalar fəaliyyətlərini bərpa edəcəklər”.

 

Kompleks profilaktika bütün avadanlıqların texniki vəziyyətini yoxlamaq üçün nəzərdə tutulub.

 

Qeyd edək ki, bununla bağlı ilk xəbəri Trend İnformasiya Agentliyi yaymışdı.