Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan "Amerikanın səsi” radiosuna müsahibəsində deyib ki, onun bir neçə gün əvvəl Dağlıq Qarabağ ətrafındakı bəzi ərazilərin Azərbaycana qaytarılmasına dair Ümumerməni forumunda verdiyi bəyanat kontekstdən çıxarılıb.
Xatırladırıq ki, Rusiyanın İnterfax agentliyinin yaydığı xəbərə görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan sentyabrın 18-də demişdi ki, Ermənistan Qarabağ tənzimlənməsi çərçivəsində Azərbaycanla "Qarabağa təhlükə təşkil etməyən ərazilərin” qaytarılmasını müzakirə edir.
Sentyabrın 18-də Yerevanda keçirilən 6-cı ümumerməni "Ermənistan-Diaspor” forumunda çıxış edən nazir bunu da bildirmişdi: "Burada söhbət o ərazilərin qaytarılmasından gedir ki, bu, təhlükəsizlik baxımından nə Qarabağ, nə də münaqişənin qızışması üçün hədə təşkil etməyəcək”.
Nalbandyan bunun ardınca əlavə etmişdi: "Başqa təfərrüatları bildirə bilmərəm, əks halda danışqılar pozular”.
İndi isə Ermənistan XİN-in sentyabrın 22-də verdiyi məlumata görə, nazir sözügedən forumda verdiyi bəyanata "daha təfərrüatlı aydınlıq” gətirmək istəyib.
Modern.azxəbər verir ki, "Azadlıq” radiosunun məlumatına görə, bir çox təhlilərin fikrincə, Nalbandyanın bu son bəyanatlarından əvvəl onun üzərinə Ermənistanın bəzi siyasi dairələrindən güclü təzyiqlər olub.
Ermənistan xarici işlər nazirinə tutulan iradları Ermənistan Milli Məclisi xarici əlaqələr komissiyasının keçmiş sədriHovannes İgityandilə gətirib.
İgityan deyib ki, "ola bilsin, Nalbandyanın torpaqların qaytarılması haqqında belə bəyanatlar verməsinə Lavrovun ona zəng etməsi səbəb olub”:
"Belə hallar keçmişdə də olub. Lavrovun özünün də dediyi kimi, Edvard Nalbandyan Lavrovun zəngi ilə bəyanatlar verib”.