Nazir: “İslam Oyunlarının açılışı və bağlanışına 20 milyon dollar ayrılmışdı”

Komandaların hər birinə 100 min, məşqçiyə isə 50 min manat veriləcək. Amma fedrasiyalar deyib ki, onlar özləri də hər bir idmançıya ayrıca mükafat verəcəklər. Biz "Bakı 2015" I Avropa Oyunlarında da eyni məbləğdə mükafat vermişdik. Amma o 100 minlə bu 100 mineyni deyil".

Bunu gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov bu gün İslamiadanın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir bildirib ki, büdcədə açılış və bağlanış mərasimlərinə 20 milyon dollar nəzərdə tutulub:

"Lakin xərclər tam hesablanmayıb, ona görə bu barədə tam məlumat veriləcək"