“Nizami Gəncəvi olmasaydı bəlkədə dünyada sevgi olmazdı”-SƏFİR

İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani SABAHINFO.AZ saytına müsahibə verib. Müsahibəyə başlayanda divarda öz imzası ilə asılan rəsm əsəri ilə başladıq. Dediyinə görə bu rəsm əsərində odla suyun bir arada olmasını canlandırıb. Bu rəsm əsəri həm də Azərbaycanla bağlıdır. Cənab səfirin Azərbaycandakı fəaliyyətini tərənnüm edir. Rəsm əsərində canlandırılan Arxipediya gülüdür. Bu gül yalnız İndoneziyada mövcuddur. Digər tərəfdə isə Kataliya gülü var. Bununla yanaşı alov və su da tərənnüm olunub ki, bu da İndoneziya güllərini odlar yurduna gətirilməsini ifadə edir.   Güllər barəsində məlumat verən cənab səfir deyir ki, Arxideya gülü sevgi, sevgi dolu ürəyin simvoludur. İndoneziyada çox bahalı güldür. Yalnız meşələrdə tapılır. Çox az tapılan güldür. Sanki ağacın kökündə yaşayır. Yalnız bitmir. Ağacın əlavəsi olaraq yaşayır.  Kataliya gülü isə birliyi işarə edir. İnsanları sevdiyini deyən H.Fanani bundan məmnun olduğunu deyib.

-Rəsm əsərlərinizdə nəyi tərənnüm edirsiniz?

-Kaliqrafik ayzılar çəkirəm. Təbiəti, gülləri, heyvanları çəkirəm. İnsan siması da çəkirəm. Ancaq bu nadir hallarda olur.

-Cənab səfir. Bu yöndə təhsiliniz varmı ya bu daxildən gələn istedaddır?

-Bu Allahdan gələn sevgidir. Rəsm çəkməyi çox sevirəm. Hətta uşaq yaşlarımda belə rəsm əsərləri çəkmişəm.

-Azərbaycanda özünüzü necə hiss edirsiniz?

-Azərbaycan çox gözəl ölkədir. Ümumilikdə mən nə qədər ki, Azərbaycanda qalıram bir o qədər də bura vuruluram.

-Azərbaycana səfir təyin olunana qədər ölkəmiz barəsində məlumatınız vardımı?

-Azərbaycan haqqında ilkin məlumatlarım olmayıb. Səfir təyin olunanan qədər bu ölkə barəsində məlumatım olmayıb...

-Azərbaycan 9 iqlim qurşağında yerləşir. Cənab səfir də regionlarımızda olur. Hansı regionumuz ona daha yaxın gəlir?

-Mən sevə-sevə Bakının adını qeyd etmək istəyərdim. Çünki Bakı Xəzərin sahilində yerləşir. İndoneziya adalar qurupudur. Arxipelaq bir ölkədir. Biz də suyu görürük. Okeanları görürük. Mən dağlıq əraziləri də sevirəm. Indoneziyada dağların əksəriyyəti vulkanik dağlardır. Burda isə dağların əksəriyyəti qarla örtülüdür.

-Azərbaycanda İndoneziya Mədəniyyət Festivalları keçirilir. Bu festivalları keçirməkdə məqsədiniz nədir?

-Artıq bir neçə ildir ki, bu festivalalrın əsas məsdəqi İndoneziyanı Azərbaycan xalqına təqdim etməkdir. Mən Azərbaycanxalqına deyil, eyni zamanda bütün Qafqaza bildirmək istəyirəm ki, dünyada İndoneziyalılar adlı xalq var. Onlar İndoneziyada yaşayır, ən böyük müsəlman ölkəsidir. 270 min əhalisi vardır və Arxipelaq dövlətdir.

-İndoneziya gərbi mənimçün çox maraqlıdır. Bu gerb nəyi ifadə edir?

-Gerbin üzərində olan quş qartaldan da böyük quşdur. Bu quşun adı Lancavadır (racavali). Bu İndoneziyada yaşayır. Şahibə bənzər quşdur. Gerbin mərkəzində olan 5 əsas göstərilib. Ortada olan ulduz qüdrətli Allahı işarə edir. İndoneziyada hər bir insanın dini olmalıdır. İndoneziya hökuməti tərəfindən 6 din elan olunub. Ağac işarəsi isə birliyə işarədir. İndoneziya hər zaman bir olmalıdır. Belə ki, 1300 etnik qurup var. 800 dil var.   17 min 500 ada var. 43 əyaləti var. 560 rayonu var. Bundan sonra düzgün, ədaləti ifadə edən simvol da var. Həm mədəni cəhətdən inkişaf etməlidir həm də ədalətli olmalıdır. 4-ci simvol isə demokratiyanı işarə edir. İndoneziya dünyada ABŞ-dan sonra ən böyük demokratik dövlətdir. Burda sosial ədalətlilik prinsipi də etifa olunur.  Gerbin mərkəzində sanstrik dilində söz yazılıb. Bu söz müxtəliflik həm də birlik devizini aşılayır.  Quşun qanadlarınıs aysanız 17 dənədir. Gerbin quyruğunda 8 dənə lələk var. Boyun və qiçlarında olan tüklərin sayı isə 45 dir. Bu isə onu göstərir ki, İndoneziya 17 avqust 1945-ci ildə müstəqilliyini əldə edib. Bu elə bir quşdur ki, bu quş bütün İndoneziya üzərində gəzə bilər.

-Qadınlar bu sistemdə nə dərəcədə rol oynayır?

-Hal ahzırda İndoneziyada qadınlar bir çox nazirliklərdə təmsil olunurlar, səfirlər, hüquqşünaslar, həkimlər, zəngin iş adamları, pilot olan xanımlar da var. Hərbiçi xanımlar da var.

- Azərbaycanda nə qədər İndoneziya vətəndaşı var. Onlar nə kimi işlər görürlər?

-Aprelin 17-də  İndoneziyada prezident və parlament seçkiləri keçiriləcək. Bu seçkidə Azərbaycanda olan 114 indoneziyalı seçkidə iştirak edəcək. Çox güman ki, onlardan 70-80 faizi iştirak edə biləcəklər. Bura yaş və digər məsəklələr öz təsirini göstərir.

-Azərbaycanda olan İndoneziyalılar hansı sahədə çalışırlar? 

-Burda olan İndoneziyalılar əsasən Neft təşkilatlarında, SOCAR-da çalışırlar.

-Övladınız hansı ali təhsil müəssisəsində təhsil alır?

-Övladım burda ADA Universitetində təhsil alır.

-Azərbaycan dahilərindən kimi tanıyırsınız?

-Nizami Gəncəvi haqqında kifayyət qədər məlumatım var. O, dünya söhrətlidir. Xəmsəni yazıb. Ən çox tanınan "Leyli və Məcnun” əsəridir.  Mən çox kiçik yaşlarımda "Leyli və Məcnun” haqqında eşitmişəm. Anam mənə heyayələri danışardı. Bunlardan ən çox sevdiyim sevgi hekayələri idi. Mən bilmirdim ki, anamın danışdığı hekayə hansı əsərdəndir. Azərbaycan gələndən sonra bildim ki, bu hekayə "Leyli və Məcnun” əsərindəndir. Bu əsəri dünyaya böyük təsiri olan əsər kimi dəyərləndirirəm. Qərbdə orta əsrlərdə Şekspir Romeo Culyetda əsərini yazıb. Onun bu əsəri yazmağına da "Leyli və Məcnun” əsərinin təsiri olub. Şərqdə isə İndoneziyanın məhşur şairi Hamza Fansuri var. O "Tacu Sallad” adlı əsərini yazıb. Sevgidən bəhs olunur. Bu əsərdə də "Leyli və Məcnun” un təsiri var. Nizami Gəncəvi sevgini yayan dahi şair olub. Əgər Nizami Gəncəvi olmasaydı bəlkədə dünyada sevgi olmazdı.  

 Ədil Ədilzadə


Görüntünün olası içeriği: 2 kişi, Adil Adilzade dahil, gülümseyen insanlar, takım elbise ve iç mekan