MİLLİ MƏCLİSDƏ SƏDR MÜAVİNİ RAFAEL HÜSEYNOV NÖVBƏTİ QƏBULUNU KEÇİRİB

Hər ay  Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov ənənəvi olaraq Hacıqabul və Kürdəmir rayonlarında azı 2 dəfə, bir dəfə isə Parlamentə qəbul keçirir, seçiciləri dinləyərək onların müxtəlif müraciətləri ətrafında fikir mübadilələri aparır.
Oktyabr ayının 24-də Milli Məclisdə keçirilən qəbul da keçən qəbullar kimi səmərəli oldu, qaldırılan bir sıra məsələlərin həlli ilə bağlı əməli addımlar atıldı, ayrı-ayrı şikayət və xahişlərlə bağlı müvafiq instansiyalara Milli Məclis adından məktublar göndərmək qət edildi.