Obama Klintona Peresin dəfn mərasimindən sonra onu evə aparmağı təklif edib

İsrailin sabiq prezidenti Şimon Peresin dəfn mərasimindən qayıdan Amerika lideri Barak Obama, "bir nömrəli göyərtə”yə qalxmağa tələsməyən ölkənin sabiq prezidenti Bill Klintonu tələsdirmək məcburiyyətində qalıb.  

sabahinfo.Az xəbər verir ki, video-çarxı sosioloq Mettyu MakDermottpaylaşıb. 

Kadrlarda gülümsəyən Obama Klintonu çağırıb, təyyarənin göyərtəsinə dəvət edərək: "Gedək” dediyi əks olunub. Sabiq prezidentin reaksiya vermədiyini görən Obama, trapa çıxaraq "Bill, gəl səni evə aparım” deyib.  

Amma bu sözlər də ona təsir etmir. Obama Klinton təyyarəyə qalxana qədər gözləyir, nəhayət sabiq prezident ona yaxınlaşaraq dövlət başçısının əlini sıxır. 

Peres sentaybrın 30-da Qüdsdə dəfn edilib. Mərasimdə Obama və Klintondan başqa britaniyalı şəhzadə Çarlz və Fələstin milli administrasiyasının rəhbəri Mahmud Abbas da iştirak edib.