Obama Şimon Peresin dəfn mərasimində iştirak edəcək

ABŞ prezidenti Barak Obama ötən gün vəfat edən sabiq prezident Şimon Peresin dəfn mərasimində iştirak etmək üçün İsrailə səfər edəcək.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bəyan edib.

 

Onun sözlərinə görə, Obama ilə birgə İsrailə ABŞ-ın dövlət katibi Con Kerridə yollanacaq.

 

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Bill Klinton Şimon Peresin dəfn mərasimində iştirak etmək üçün İsrailə gedəcəyini bildirib.