Obama və Tramp arasında görüş olacaq

ABŞ Prezidenti Barak Obama ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampı Ağ evə dəvət edib.

Trend-in "İnterfaksa"istinadən verdiyi məlumata görə, Obama həmçinin Trampı Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

Onun sözlərinə görə, görüşdə hakimiyyətin Trampa ötürülməsini müzakirə etməyi planlaşdırır.