Obamanın vida tviti

ABŞ prezidenti Barak Obamanın vida tviti onun prezidentliyi dövründə ən çox səs toplayan tviti olub.

 

Sabahinfo.az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, Obama hər şey üçün təşəkkür edib: "Hər şeyə görə sağ olun. Mənim son xahişim elə ilk xahişim kimidir. Mən xahiş edirəm, mənim yox, özünüzün dəyişiklik yaratmaq qabiliyyətinizə inanın".