Oğuzda kəndə girən ayını elektrik cərəyanı vurub

Oğuzun Xaçmaz kəndinə hücum edən ayını elektrik cərəyanı vurub. sabahinfo.az saytı xəbər verir ki, ARB Şəki-nin məlumatına görə, axşam saatlarında kənd sakini Əlibala Nəbiyev bağının yaxınlığında transformatorun yerləşdiyi ərazidə ayı görüb. Yaxınlaşdığı zaman məlum olub ki, heyvanı elektrik cərəyanı vurub.

 

Ayının kəndə hücumundan təşvişə düşən kənd sakinləri bu halın dəfələrlə təkrarlandığını deyiblər. Onların sözlərinə görə, axşam saatlarında ayı nəriltisini eşitmək artıq adi hal alıb.