Olland aprel döyüşlərindən danışdı

ABŞ və Rusiya ilə birlikdə ATƏT-in Minsk qrupunda həmsədr ölkə olan Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi məsuliyyət daşıyır

AzVision.az"News.am"-a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland Parisdə ermənilərin Əlaqələndirmə Şurasının illik şam yeməyində çıxışı zamanı deyib.

"Biz tələsirik. Doğurdan da ötən il aprelin 2-4-də baş verən dəhşətli hadisələrdən sonra problemin həlli ilə bağlı qərar qəbul edilməsi istiqamətində tələsgənlik mövcuddur. Demək olar ki, hər gün Qarabağda ölüm hadisəsi qeydə alınır. Biz qarşıdurmanın qarşısını almaq üçün fəaliyyət göstərməliyik”, - deyə Fransua Olland qeyd edib.