Oqtay Şirəliyev yeni baş həkim təyin etdi

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni baş həkim təyin edilib. 

sabahinfo.Az-ın Report-a istinadən məlumatına görə, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Azad Vaqif oğlu Hüseynov Ağcabədi RMX-nın baş həkimi vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, A.Hüseynov bundan əvvəl Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində kiçik elmi işçi kimi fəaliyyət göstərib. 

Xatırladaq ki, bundan əvvəl Ağcabədi RMX-da baş həkim vəzifəsini  Novruz Abbasov tutub. O, bir müddət əvvəl işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.