Özgəcanın qatilinin meyiti ortalıqda qaldı

Türkiyədə 20 yaşlı Özgəcan Aslanı öldürdüyünə görə həbs edilən və barəsində məhkəmə qərarı verildikdən sonra cəzaçəkmə müəssisəsində qətlə yetirilən 26 yaşlı Əhməd Sübhi Altındökənin meyitinə yiyə duran tapılmayıb.

Sabahinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mərsinin Tarsus rayonundan olan Ə.Sübhinin yaxınları ondan imtina ediblər. Ə.Sübhinin həyat yoldaşı onun ölüsünün və ya dirisinin onu maraqlandırmadığını, əmisi isə belə bir qohumunun olmadığını deyib.

Qeyd edək ki, cəzaçəkmə müəssisəsində Ə.Sübhi ilə yanaşı atası da hücuma məruz qalıb. Həkimlər Nəcməddin Altındökənin həyatını xilas edə bilib.