Pakistanda partlayış: 22 ölü, 100 yaralı

Pakistanın şimal-qərbində, Paraçinar şəhərində partlayış baş verib.

Şəhər bazarında baş verən güclü partlayış nəticəsində azı 22 nəfər həlak olub, təxminən 100 nəfər yaralanıb. Onların çoxunun vəziyyətinin ağır olduğu bildirilir.

Partlayış dəqiq səbəbi hələ də məlum deyil. Lakin yerli rəsmilər hadisənin terror aktı olduğunu güman edirlər.