Prezident İlham Əliyev Riqa sammitinə qatılacaq

Avropa Birliyinin (AB) "Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin liderləri təşkilatın mayın 21-22-də Riqada keçiriləcək sammitində iştirak edəcəklərini təsdiqləyiblər. Musavat.com-un məlumatına görə, bu barədə vesti.az "Leta” agentliyinə istinadən xəbər yayıb.
Xəbərdə bildirilir ki, aprelin sonunda Latviyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Andrey Pildeqoviç Azərbaycanın, Ermənistanın, Ukraynanın, Belarusun, Gürcüstanın və Moldovanın diplomatik missiyalarının başçılarına sammitdə iştirak üçün rəsmi dəvətnamələr göndərib. 
"Artıq məlumdur ki, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sərkisyan, Moldova prezidenti Nikolay Timofti, Ukrayna prezidenti Pyotr Poroşenko, Gürcüstanın baş naziri İrakli Qaribaşvili tədbirdə iştirak edəcək. Təkcə Belarus prezidenti Aleksandr Likaşenkonun sammitə qatılıb-qatılmayacağı bilinmir. Ola bilsin onu baş nazir Andrey Kobyakov əvəz eləsin” – xəbərdə qeyd edilir.