Prezident səfiri geri çağırdı

Azərbaycan Prezidenti İlham Əliyev Əkrəm Zeynallının Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Sabahinfo.az xəbər verir ki, sərəncamda deyilir: "Əkrəm Akif oğlu Zeynallı Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın”.