Prezident Sumqayıtda yeni sərnişin avtobusları ilə tanış olub

Prezident İlham Əliyevə Sumqayıt şəhərində istifadə ediləcək yeni sərnişin avtobusları təqdim edilib.

 

 Sabahinfo.az-ın AzərTAc-a istinadən məlumatına görə, Türkiyədə istehsal edilən "AKİA” markalı bu avtobuslar 27 oturacaqlıdır.

 

Avtobuslarda 72 sərnişin daşına bilər. Avtobuslarda əlillər üçün yer və onların rahat minib-düşmələrindən ötrü xüsusi qurğu quraşdırılıb. Yüksək texniki göstəricilərə malik avtobuslarda mərkəzləşdirilmiş havalandırma sistemi, həmçinin daxili və xarici müşahidə kameraları var.