Putin təhlükəsizlik doktrinasını təsdiqlədi

Rusiya prezidenti Vladimir Putin ölkənin informasiya təhlükəsizliyi ilə bağlı doktrinanı təsdiq edib.

Sabahinfo.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiya Kremlin rəsmi saytında yerləşdirilib. Sənəddə Rusiyanın informasiya sferasında milli təhlükəsizliyin təmin edilməsi məsələsi yer alıb. Yeni hazırlanmış doktrinada bəzi xarici ölkələrin öz informasiya-texniki imkanlarından yararlanaraq Rusiyanın informasiya infrastrukturuna hərbi məqsədlər üçün müdaxilə etdikləri bildirilib:

"Başqa ölkələrin xüsusi xidmət orqanları tərəfindən informasiya-psixoloji fəaliyyətə təsir imkanları genişlənib. Bu, əsasən dünyanın müxtəlif regionlarında daxili siyasi və sosial situasiyanın destabilizasiyasına və ölkənin suverenliyi, ərazi bütövlüyünə yönəlmiş addımlardır. Rusiya kütləvi informasiya vasitələri xaricdə açıq-aşkar diskriminasiyaya məruz qalır, rusiyalı jurnalistlərə öz peşəkar fəaliyyətlərini həyata keçirmək üçün maneələr yaradılır. Rusiya əhalisinin, ilk növbədə isə gənclərin rus mənəvi dəyərlərindən uzaqlaşdırılması üçün informasiya təsir imkanları artırılır".