Putin Trampa məktub göndərdi

Rusiya prezidenti Vladimir Putin Yeni il və Milad bayramları münasibəti ilə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb.

 

Sabahinfo.az-ın "RİA Novosti” yə istinadən verdiyi xəbərə görə, Putin məktubda Trampın vəzifəsinin icrasına başlamasından sonra ABŞ-Rusiya münasibətlərinin bərpa olunması istiqamətində addımların atılacağına ümid etdiyini bildirib.  

 

Bu barədə Kremlin mətbuat xidmətinin məumatında bildirilir.  

 

"Ölkələrin son illər üzləşdiyi qlobal və regional çağırışlar əyani şəkildə onu təsdiqləyir ki, Rusiya-Amerika münasibətləri müasir dünyada sabitlik və təhlekəsizliyin təmin edilməsində yeganə amil olaraq qalmaqdadır”, - deyə məktubda bildirilir.