Putin Türkiyəyə səfər edəcək

T24: Putin avqustun 31-də Türkiyəyə səfər edəcək

 

Rusiya prezidenti Vladimir Putin avqustun 31-də Türkiyəyə səfər edəcək.

 

APA-nın xəbərinə görə, bu barədə T24nəşri məlumat yayıb.   

 

Məlumata görə, həmin gün Antalyada Türkiyə və Rusiyanın futbol üzrə milli komandaları arasında yoldaşlıq matçı keçiriləcək.  

 

Məlumatda Putin və Ərdoğanın həmin qarşılaşmanı birgə izləyəcəkləri qeyd olunur.