Putin və Ərdoğan arasında telefon danışığı baş tutacaq

Danışıq Rusiya tərəfinin təşəbbüsü ilə olacaq.

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında iyunun 29-da telefon danışığı olacaq. 

sabahinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

Prezidentlər arasında telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə olacaq.