Putin və Ərdoğan arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putinlə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

 

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, tərəflər Rusiya-Türkiyə münasibətlərini müzakirə ediblər.

 

Söhbət zamanı yaxın gələcəkdə müxtəlif səviyyələrdə baş tutacaq ikitərəfli görüşlər, Türkiyənin Suriyamünaqişə ilə bağlı mövqeyi müzakirə olunub.

 

Qeyd edək ki, Ərdoğan çıxışında bildirib ki, "Fərat qalxanı” əməliyyatının məqsədi Əsəd rejimini devirməkdir. Buna münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov  Ərdoğanın bəyanatının çox ciddi olduğunu və onun ötən bəyanatları ilə ziddiyyət təşkil etdiyini söyləyib.