Putinlə Nazarbayev Suriyanı müzakirə etdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Rusiya prezidenti Vladimir Putin Suriyadakı hərbi münaqişənin həlli yollarını müzakirə edib.

Sabahinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti rəsmi açıqlama verib.

"Tərəflər sentyabrın 14-15-də Astanada Suriya münaqişəsinin həlli ilə bağlı aparılan müzakirələrin nəticələrinə göz gəzdirib”.

Bundan əvvəl, Putin İran prezidenti Ruhani ilə də Astana görüşünün nəticələrini müzakirə edib.