Bu gün Sumqayıtda qadını döyə-döyə qətlə yetirməkdə təqsirləndirilə Elman Əhmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Sabahinfo.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Elman Əhmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror çıxışında Elman Əhmədova 18 il azadlıqdan məhrum edilmə cəzasının verilməsi istəmişdi.
Qeyd edək ki, Sumqayıt şəhər sakini Gülnaz Dadaşova müəyyən edilməmiş avtomobillə vurulub və o, hadisə yerində ölüb. Sumqayıt Şəhər Polis İdarəsi 2-ci polis bölməsi əməkdaşları Gülnaz Dadaşovanı münaqişə zəminində həmyerlisi Elman Əhmədov döyərək qətlə yetirdiyini müəyyən ediblər. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elman Əhmədov tutulub.