QHT rəhbərindən etiraz

Əslində Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) nağdsız bank əməliyyatlarının aparılması ilə bağlı verdiyi qərarın QHT sektorunun işinə əngəl törətmək, onun işini iflic etmək deməkdir. Bizcə bu məsələ ciddi araşdırılmalı və tezliklə qərar qəbul olunmalıdı.

Sabahinfo.az xəbər verir ki, bu fikirləri QHT.az-a bildirən Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı deyib.

Onun sözlərinə görə, QHT-lərə əməli kömək olunmaqdansa bu cür oyunlarla onları uzaqlaşdırmaq əslində vətəndaş cəmiyyətini məhv etməkdi. Heç bir QHT belə şərtlərlə işləyə bilməz.