Qoca qadının dərisini soyub ölmüş anasını paltarına tikdi

Tarixin ən qəddar 7 qatili – onların cinayətlərini heç kəs etməyib Tarixdə qəddar cinayətkarların sayı çoxdur. Lakin onların etdiklərini heç kəs etməyib. Tanış olaq – tarixin ən mərhəmətsiz 7 cinayətkarı: Ted Bundi: 1974-78-ci illər aralığında yüzdən çox qadını öldürüb. Qurbanlarının sayı bilinmir. O, 30-dan çox cinayətini etiraf edib. Tarixdə ilk silsilə cinayətlərin banisi kimi tanınır. Qurbanlarının çoxusunu öldürdükdən sonra zorlayırdı. Pedro Lopez Monsalve: "Andes canavarı” ləqəbi ilə tanınır. Kolumbiya, Peru və Ekvadorda 300 azyaşlı uşağı zorladıqdan sonra öldürüb. Ed Geyn: Anası öldükdən sonra anatomiya ilə maraqlanmağa başlayıb. Məqsədi ölən anasını diriltmək olub. Bir müddət sonra qəbiristanlıqdan qadın cəsədlərini oğurlayıb üzərində eksperimentlər aparır. Lakin anasını dirildə bilməyəcəyini başa düşür. Sonda qoca bir qadının dərisini soyaraq anasının paltarına tikib geyinir və silsilə cinayətlərə başlayır. Öldürdüyü qadınların döş gilələrindən kəmər bəzəkləri, kəllədən fincan və müxtəlif aksesuarlar düzəldirdi. Albert Fiş: "Quzuların səssizliyi” filmindən ilham alan Albertin 300-dən çox cinayəti var. İlk cinayətini 1910-ci ildə işləyib. Kiçik və kimsəsiz uşaqları qurban seçərək təcavüz edib öldürürdü. Ən dəhşəti isə Fiş qurbanlarının ətini diri-diri yeyirdi. İşkəncə verməyi "din uğrunda savaş” adlandırırdı. Özünə də işkəncə verməkdən həzz alan qatil mismarlı çubuqla özünü döyürdü. Ailen Vörns: Homoseksual qadın cinsi əlaqədə olduğu hər kəsi öldürürdü. Üzərində 7 cinayət var. H. H. Holms: Çikaqoda planlaşdırdığı cinayətlərini törətmək üçün mehmanxana açıb. 200-dən çox qurbanı var. Andrey Çikatilo: Ukraynada doğulan qatil 53 cinayət işləyib.