Qonkur ədəbiyyat mükafatının qalibi bəlli olub

Parisdə Fransanın nüfuzluQonkur ədəbiyyat mükafatının builki qalibibəlli olub.Bu, 43 yaşlı yazıçı Matias Enardır.

O, bu mükafatı bu il "Actes Sud” nəşriyyatında çap edilmiş"Kompas”(Boussole) romanına görə qazanıb.

Roman avstriyalı musiqiçi, onun Yaxın Şərqə səfəri haqdadır. Bu "iddialı romanında Enar Şərq haqda qavrayışları qərb klişesindən çıxarmağa çalışır.”

Enarın kitabı münsiflərin on səsindən altısını alıb.

"Kompas” yazıçının sayca onuncu kitabıdır. O, bundan əvvəl də Qonkur mükafatı qazanıb. Yazıçı uzun müddət Yaxın Şərqdə yaşayıb. Ərəb-fars ədəbiyyatını bilir.

"Özümü bir qədər ərəb hiss edirəm. Bu romanla göstərmək istəmişəm ki, dünya eyni cür deyil, müxtəlif cürdür. Bizim dünyada çoxlu dünyalar var: Avropadan Şərqə, İstanbul, Dəməşq, Beyrut, Qahirə, Tunis, Əlcəzair – bunların hər biri fərqli bir dünyadır. Özü də onlar təhlükəli deyillər.”

Azadalıq