Qorbaçov Putini dəstəklədi

SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov Rusiya prezidenti Vladimir Putinin "Krım qərarı"nı dəstəkləyib və ABŞ-ı Sovet İttifaqınının dağılmasına görə "sevinməkdə" ittiham edib.

Gazeta.ru-nun məlumatına görə, "Sunday Times" nəşrinə müsahibəsində Qorbaçov bildirib ki, əgər o, oxşar vəziyyətə düşsəydi, hər şeyi Putinin etdiyi kimi edərdi.

"Mən insanların öz azad iradələrini ifadə etməsinin tərəfdarıyam. Krım əhalisinin əksəriyyəti Rusiya ilə birləşmək istəyirdi", - o qeyd edib.

sabahinfo.az musavat.com-a istinadən xəbər verir ki, Qorbaçov, həmçinin Amerika Birləşmiş Ştatlarının SSRİ və Rusiyaya qarşı yürütdyü siyasəti şərh edib: "Onların Rusiyaya sabit və güclü demokratiyanın qurulmasında kömək etmək niyyəti yox idi. Onlar fikirləşirdilər ki, Rusiyanın ərazisini kiçiltdilər".