Redaksiyalarda hansı jurnalistlər oruc tutacaq...

Sabah Azərbaycanda müqəddəs Ramazan ayı başlayır. Oruc tutan inanclı insanlar arasında heç şübhəsiz jurnalistlər də az deyil. Maraqlıdır, redaksiyalarda kimlər oruc tutur?

Modern.az-ın əməkdaşı bununla bağlı bəzi redaksiyalarla əlaqə saxlayıb.


"Şərq” qəzetininredaktoru Ayyət Əhməd bildirib ki, redaksiyada dörd nəfər oruc tutacaq:

"Redaksiyamızda 20-yə yaxın əməkdaş var. Bildiyimə görə, hazırda bizim əməkdaşlarımızdan dörd nəfər oruc tutmalıdır. Bunlar İsmayıl Qocayev, Məlahət Rzayeva, Fazilə Məmmədova, Tahirə Məmmədqızıdır. Şəxsən mən isə indiyə qədər oruc tutmamışam və bundan sonra da yəqin ki, tutmayacam. Din məsələsində hər kəsin öz baxışı və mövqeyi var. Adam var günahları, pis əməlləri var, Ramazan ayı gələndə fərqli davranır, yaxud oruc tutur. Hətta başqalarına orucla bağlı tövsiyə verməyə də çalışır. Lakin əsas vicdanın təmizliyidir. Mənim yanaşmam belədir”.

"Teleqraf.com” saytınınəməkdaşının sözlərinə görə bu il redaksiyada oruc tutanlar olacaq: "Redaksiyamızda dörd nəfər oruc tutacaq. Qurban Yaquboğlu, Samir İsayev, Şəfiqə Nazımqızı, Nərmin Muradova”.

"Sputnik.az”saytının əməkdaşı Təranə Xudabaxşiyeva redaksiyada beş-altı nəfərin oruc tutacağını bildirib: "Redaksiyamızda 25 işçi var. Təqribi beş-altı nəfər oruc tutacaq. Anar Akifoğlu, Ülkər Abdullayeva, Səbinə Əliyeva və başqaları”.

"Cebhe.info” saytınınəməkdaşı Yeganə Quliyeva: "Bizim redaksiyada tək oruc tutan mənəm. Səbəbini bilmirəm, amma təəssüf ki, digər əməkdaşlarımız oruc tutmur”.

"Qafqazinfo.az” saytınınəməkdaşı bildirib ki, onların redaksiyasında yalnız Günel Türksoy oruc tutacaq.

"Azvision.az” saytınınəməkdaşı Anar Kəlbiyev: "Azərbaycan bölməsində çalışan işçilərdən iki nəfər oruc tutacaq. Redaktor Anar Rüstəmov və müxbir İlkin Nəcəfzadə”.

"Kaspi” qəzetininəməkdaşı bildirib ki, bu ilki Ramazan bayramında qəzetin baş redaktoru İlham Quliyev və müxbiri Rufik İsmayılov oruc tutacaq.