Restoranda ardıcıl partlayışlar: - 4 adam öldü, məmurlar yaralandılar

Şənbə gecəsi Somalinin paytaxtı Moqadişoda restoranda ardıcıl partlayışlar törədilib.
 
APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, paytaxtın Xodan rayonunda yerləşən restoranda törədilən partlayışlar nəticəsində ən azı 4 nəfər ölüb, 12 nəfər yaralanıb.
 
Yaralananlar arasında dövlət məmurları da var.