Ruhanidan Trampın prezident seçilməsinə REAKSİYA

İran prezidenti Həsən Ruhani milyarder Donald Trampın ABŞ prezidenti seçilməsinə münasibət bildirib.

 

sabahinfo.az İran KİV-lərinə istinadla xəbər verir ki, Ruhani rəsmi Tehranın ABŞ-la perspektiv əlaqələrinə toxunub.

O deyib ki, Trampın ABŞ prezidenti seçilməsi İranın digər dövlətlərlə konstruktiv əlaqələrinə və iqtisadi münasibətlərinə mane olmyacq.

 

"Həmçinin ABŞ-dakı prezident seçkilərinin nəticələri İranın siyasətinə təsir etməyəcək. İrn nüvə mübahisəsini həll etmək üçün addımlar atır. İrana qarşı sanksiyaların ləğvi BMT Təhlükəsizlik Şurasında da öz təsdiqini tapıb. ABŞ hökuməti vəziyyəti dəyişə bilməz”-deyə o əlavə edib.