Rusiya və İran səfirləri Britaniya XİN-ə çağırılıb

Rusiya və İranın Böyük Britaniyadakı səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıblar. sabahinfo.az saytı xəbər verir ki, Britaniyanın xarici işlər naziri Boris Consonun öz "Twitter" səhifəsində yazdığına görə, səfirlərlə Suriyanın Hələb şəhərində hazırkı vəziyyət müzakirə edilib.

Nazir görüşdə əsasən dinc insanlara köməklik edilməsinə diqqət çəkildiyini vurğulayıb: "Mən indicə Rusiya və İranın səfirlərini çağırıb, onlara Hələb ilə bağlı dərin narahatlığımı ifadə etdim. Dinc sakinləri müdafiə etmək və onlara yardım göndərmək son dərəcə vacibdir”.