Rusiyalı yazıçı Azərbaycanın "qara siyahı"sına salındı

Rusiyalı yazıçı və ictimai xadim Eduard Limonov Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə "arzuolunmaz şəxslər siyahısı"na daxil edilib.

Bu barədəAzVision.az-a açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Onun adı "arzuolunmaz şəxslər siyahısı"na daxil edilib, o, adını yenilənmiş siyahıda tapa bilər", - Hacıyev vurğulayıb.