Rusiyanın Ankaradakı səfirliyinə silahlı hücum: səfir öldü

Ankarada Müasir İncəsənət Mərkəzində baş verən insident zamanı azı 3 nəfər xəsarət alıb.

 

APA-nın məlumatına görə, bu barədə NTV telekanalı xəbər verib. 

 

Səfirə atəş açan şəxs öldürülüb. İnsidentdən dərhal sonra hadisə yerinə Türkiyənin daxili işlər naziri Süleyman Soylu gəlib.

 

Son məlumata əsasən, silahlı hücumdan sonra Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dünyasını dəyişib.

 

***

 

Ankarada Müasir İncəsənət Mərkəzində rəsm sərgisinin açılış mərasimində Rusiyanın Türkiyədəki  səfirinə sui-qəsd olub.

 

APA-nın "Milliyet”-ə istinadən verdiyi xəbərə görə, insident fotosərginin açılışı zamanı baş verib.

 

Sərgi salonuna daxil olan naməlum silahlı şəxs səfir Andrey Karlova atəş açıb. Onun ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilir.

 

Rusiyanın Ankaradakı səfirliyi olayla bağlı hələ ki, açıqlama verməyib.