Rusiyanın məhvi planı hazırlanacaq - GİZLİ GÖRÜŞ

ABŞ Avropada Rusiyanın Ukraynaya təcavüzünə əks-təsir olaraq yeni raketlər yerləşdirə bilər.

Publik.az"AssociatedPress” agentliyinə istinadən xəbər verir ki, Ağ Evdə orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilənin(RSMD) Rusiya tərəfindən pozulmasına cavab tədbirləri müzakirə edilir.

Agentlik iddia edir ki, müzakirə olunan məsələlərdən biri də Rusiya ərazisindəki hərbi obyektlərin məhv edilməsi üçün ABŞ nüvə silahlarının təkmilləşdirilməsidir. Qeyd olunur ki, 1987-ci ildə SSRİ və ABŞ arasında imzalanan RSMD razılaşmasının pozulması Vaşinqtonu ciddi narahat edir. Ötən ilin yayında ABŞ bu müqavilənin pozulmasında Rusiyanı ittiham edib. Rusiya da eyni ittihamları qarşı tərəfə irəli sürüb.

"AssociatedPress” agentliyi iddia edir ki, Avropada yerləşdiriləcək raketlər Rusiyadakı hədəflərə qabaqlayıcı zərbələrin endirilməsi məqsədi daşıyacaq.

Məlumata görə, bu ərəfədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Eşton Karter Almaniyaya məxfi səfərə hazırlaşır. Görüşdə Rusiya Federasiyasına əks cavab variantları və Ukrayna böhranı ilə əlaqədar əks-təsir strategiyasının hazırlanması müzakirə olunacaq. Pentaqon rəhbərini səfərdə təxminən 20 generalın müşayiət edəcəyi bildirilir.