Sərkisyan, Ter-Petrosyan və Köçəryan yeni hökumət qururlar

"Təsis parlamenti” müxalifət hərəkatının həbsdə olan lideri Jirayr Sefilyan iyulun 31-dəki bəyanatı ilə Ermənistan prezidenti Serj Sərkisyanın avqustun 1-dəki çıxışı müəyyən qədər korrelyasiya edilir. sabahinfo.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu iki "proqram” çıxışı bir nöqtədə - genişmiqyaslı islahatlar və milli həmrəylik hökumətinin qurulması üst-üstə düşür.

 

Jirayr Sefilyan öz bəyanatında bir sıra tələb irəli sürürdü ki, bunları belə sıralamaq olar: genişmiqyaslı islahatlar və milli həmrəylik hökumətinin qurulması, güc strukturlarının rəhbərlərinin istefası, eləcə də Rusiya sərhəd qoşunlarının Ermənistandan çıxarılması, Qarabağın ərazi bütövlüyünün bərpası və Ermənistana birləşdirilməsi.

 

Bu tələblərin yerinə yetirilməsi, yaxud bu tələbləri yerinə yetirməklə bağlı niyyətin sezilməsi halında Jirayr Sefilyan "Sasna tsrer” silahlı qruplaşmasının üzvlərinin silahı yerə qoymasının mümkün hesab edirdi. Ancaq iyulun 31-də qruplaşma üzvləri silahı yerə qoydular, halbuki Sefilyanın tələbləri yerinə yetirilmədi. Ola bilsin ki, ona tələblərinin yerinə yetirmək niyyətinin olduğunu çatdırıblar.

 

Avqustun 4-də güc strukturlarının əsas fiqurları – baş prokuror, Milli Təhlükəsizlik Xidməti direktorunun birinci müavini və həmin xidmətin istintaq idarəsinin rəis vəzifələrindən getdilər, eləcə də polisdə yerdəyişmələr edildi. Bu, əlbəttə, Jirayr Sefilyanın tələb etdikləri deyil, ancaq bununla belə, istefalar baş verdi.

 

Serj Sərkisyanın avqustun 1-dəki çıxışına görə, milli həmrəylik hökumətinin yaradılması hakimiyyət üçün tamamilə məqbul idi. Düzdür, Serj Sərkisyan deyir ki, belə hökumət bir neçə ay sonra yaradılacaq, avqustun 4-də isə parlamentin vitse-spikero Ermine Naqdalyan dəqiqləşdirib – 2017-ci ilin yazındakı seçkilərindən sonra. Bununla belə, bunu niyyət kimi dəyərləndirmək olar – Serj Sərkisyan Sefilyanın tələbini yerinə yetirəcək.

 

Daha dəqiq desək, Sefilyan elə şey təklif edib ki,  Sərkisyanın onsuz da bunu etmək niyyətindəydi. Konstitusiya islahatları və Ermənistanda digər daxili siyasi transformasiya məhz "vicdanlı və ədalətli” hakimiyyət yaradılmasna yönəlib. Sual isə yalnız budur ki, həmin hökumətə kimlər, hansı güclər daxil olacaq.

 

Ermənistanda güclər elə də çox deyil, əsasən prezident "üçbucağı” çərçivəsində bölünüb. Budur, artıq 25 ildir Ermənistanda hakimiyyət bu üçbucaq çərçivəsində formalaşır – müxtəlif konfiqurasiyalarda ikisi birinin əleyhinə formatında.

 

Qarşıdakı hökuməti, görünür, "Sərkisyan+Ter-Petrosyan-Köçəryan” prinsipi ilə formalaşacaq. "Köçəryanın” qüvvələri hesab olunanlar "Sasna tsrer” hərəkatını dəstəkləyiblər. Xüsusilə Vardan Oskanyanın "Birlik” partiyası rəsmi şəkildə Xoreantsi küçəsində nümayişçiləri dəstəkləyib.

 

Serj Sərkisyan öz çıxışında birbaşa bəyan edib ki, yeni hökumətdə siyasi məsələlərin "güclə həllinə” dəstək verən qüvvələr düşməyəcəklər. Daha doğrusu, əgər "bazarlıq” gedirsə, gələcək hökumətdə nümayişçiləri dəstəkləyən Oskanyanın partiyasına və digər partiyalara, məsələn, Raffi Ovannisyanın "İrs”inə yer yoxdur.  Təsadüfi deyil ki, dünən Oskanyan və Ovannisyan görüşüblər, çox güman ki, onlar "milli həmrəyli hökuməti”nə daxil olmaqdan ötrü mübarizəni hansı formada davam etdirməyi müzakirə ediblər.