Tailanda növbəti partlayış: - ölən və yaralananlar var

Tailandın Pattani ştatında "Southern Hotel” otelinin qarşısında minalanmış avtomobil partladılıb.

 

APA-nın  "Daily Mail”a istinadən verdiyi xəbərə görə, insident nəticəsində 1 nəfər ölüb, 29 nəfər yaralanıb.

 

Partlayışdan sonra oteldə yanğın baş verib.