İqtisadiyyat Nazirliyi son günlər bəzi kütləvi informasiya vasitələrində taksi fəaliyyəti üçün lisenziyanın tələb olunması barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, ölkə prezidentinin"Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" fərmanına və "Lisenziyalar və icazələr haqqında" qanuna əsasən, taksi fəaliyyəti üçün lisenziya alınması tələbi ləğv olunub.
Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli qərarına görə, taksi fəaliyyətini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödənilməsi ilə bağlı Bakı şəhəri üzrə Bakı Nəqliyyat Agentliyindən, ölkənin digər ərazisində isə Nəqliyyat Nazirliyindən "Fərqlənmə nişanı" almalıdırlar.