Tayvanda 10 mindən çox adam eynicinsli nikahların əksinədir

Tayvanın administrativ mərkəzində Taybeyedə, 10 minə yaxın adam küçələrə çıxaraq hakimiyyətdən bircinsli nikahlara dair qanun layihəsinin qəbul edilməməsini tələb edib.

sabahinfo.Az bu barədə Gazeta.ruya istinadən xəbər verir.

Nümayişə çıxanların etirazına səbəb vətəndaş məcəlləsinə iki düzəlişin emüzakirəyə çıxarılması olub. 

"Biz istəmirik ki, nikah institutu hər istədiklərini edə biləcəklərini düşünən sosial azlığın nümayəndələri tərəfindən məhv edilsin”, - fəallardan biri Cozi Çen bildirib. 

Onun sözlərinə görə, mənəvi normalara məhəl qoymayanların istəklərini həyata keçirməyə imkan vermək qanuna zidd olardı. 

Etiraz edənlərin yanında qeyri-ənənvi seksual orientasiyanın tərəfdarları toplanıb. Etiraz aksiyalarının iştirakçıalrı arasında heç bir qarşıdurma baş verməyib. 
Qanun layihəsinin yekun variantə dekabrın sonunda parlamentdə müzakirəyə çıxarılması planlaşdırılır, buna dair səsvermə isə 2017-ci ilin fevralında olacaq.