Tehranda metro tikintisində uçqun: - 3 ölü, 15 yaralı

İranın paytaxtı Tehranda metro tikintisində uçqun baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
 
Yaralıların 6-sı xəstəxanalara yerləşdirilib. Daha bir fəhlənin axtarışları davam etdirilir. Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.