Təyyarə qəzaya uğradı: 12 ölü

İndoneziyada polis təyyarəsinin qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub.

sabahinfo.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, təyyarənin düşməsindən əvvəl partlayış səsi eşidilib.

Qəza Cənubi Çin dənizində baş verib.

Hadisə yerinə axtarış-xilasetmə işləri üçün gəmilər göndərilib.