Tramp inaqurasiyasınadək xaricə səfər etməyəcək

ABŞ prezidenti seçilən Donald Trump prezident postunda vəzifəsinin icrasına başlamayanadək xarici ölkələrə səfər etmək niyyətində deyil.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu D.Trampın rəsmi nümayəndəsi Şon Spayser bəyan edib.

 

"Xarici səfərlərlə bağlı məsələ inauqurasiya mərasimindən sonra gündəmə gələcək. Hazırda biz hər hansı xarici səfəri nəzərdən keçirmirik”, deyə Ş.Spayser bildirib.