Tramp Obama ilə görüşdü – YENİLƏNİB

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və hazırkı rəhbəri Barak Obama arasında Ağ Evdə baş tutan görüş bir saatdan artıqdır ki davam edir.

sabahinfo.Az Report-a istinadən xəbər verir ki, tərəflər ölkədə "hakimiyyətin hamar keçidi”ni müzakirə edirlər.

Bu barədə bir müddət əvvəl prezidentin mətbuat xidməti məlumat yayıb.

Noyabrın 8-də ABŞ-da ümumi seçkilər keçirilib. Səsvermənin ilkin nəticələrinə görə, Demokratlar Partiyasından namizəd Donald Tramp Seçicilər Kollegiyasının 270 səsini toplayaraq prezidentlik postu uğrunda mübarizədə qələbəni özünə təmin edib.

21:51

ABŞ-da prezident seçkilərinin qalibi respublikaçı Donald Tramp prezident Barak Obama ilə görüşmək üçün Vaşinqtona gəlib.

sabahinfo.Az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Ağ Evdə hökumətin təhvil verilməsi məsələləri müzakirə ediləcək.

Ağ Evin mətbuat katibi Coş Ernest bildirib ki, Barak Obama ilə Donald Trampın görüşünün kifayət qədər maraqlı keçəcəyi gözlənilir.